EN

İntihar edən milyarderin qızı: Onu Epşteyn və Tramp ilə əlaqələrinə görə öldürdülər

İş adamı və keçmiş senator Ömər Cəbrayılovun kiçik qızı Alvina atasının intiharı ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, 32 yaşlı Alvina sosial media hesabında paylaşım edərək, atasının intihar etmədiyini, öldürüldüyünü bildirib. O güman edir ki, hadisə Ö.Cəbrayılovun Ceffri Epşteynlə əlaqəsinə görə baş verib.

"O, bir neçə gün əvvəl mənimlə danışmışdı. Atam intihar etməyib, onu Epşteyn və Tramp ilə əlaqələrinə görə susdurublar", - deyə Alvina qeyd edib.

O əlavə edib ki, Cəbrayılov Epşteyn və onun köməkçisi Gisleyn Maksvell ilə dost olub. Sözlərini təsdiqləmək üçün Alvina atasının Maksvellə göndərdiyi mesajların fotosunu yayımlayıb.

Chosen
40
1
publika.az

2Sources