EN

Almaniya klubuna transfer olunan azərbaycanlı qız: “Çətinliklərim var”

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya qarşı matçda qələbə qazanmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, bunu millinin üzvü Nigar Mirzəliyeva jurnalistlərə açıqlamasında deyib.

Futbolçu sözügedən matçla bağlı fikirlərini bölüşüb:

“Fərq etməz, qolu mən və ya komanda yoldaşlarımdan kimsə vursun. Əsas odur ki, ölkəmiz adına qələbə qazanaq. Bunun üçün çalışacağıq”.

Müdafiəçi Almaniyanın “Hamburq” klubundakı çıxışından danışıb:

“Bundesliqa klubuna transfer olmaq hər kəsin arzusudur. Bir qədər dil məsələləri ilə bağlı çətinliklər var.

Düşünürəm ki, zamanla öyrəşəcəyəm. Fiziki olaraq komanda yoldaşlarından geri qalmıram”.

Azərbaycan – Şimali Makedoniya matçı bu gün Dalğa Arena”da saat 15:00-da start götürəcək.

Chosen
15
sportinfo.az

1Sources