EN

"Udineze"yə üç qol hədiyyə etdik”

İtaliya A Seriyasının 27-ci turunda "Udineze" komandası ev oyununda "Fiorentina"nı 3:0 hesabı ilə məğlub edərək diqqət çəkən nəticəyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, ispan qapıçı David de Xea hər üç qolu qarşısını ala bilməyib və oyunsonrası məyusluğunu gizlətməyib.

“Bəli, bu matçdan əvvəl bir neçə yaxşı oyun keçirmişdik. Amma burada hər şeyi itirdik. Rəqibə üç qol hədiyyə etdik. Enerji yox idi və buna görə də nisbətən asan matçı belə uduzduq. Rahatlaşmaq olmaz, çünki bu baş verəndə məğlubiyyət qaçılmaz olur,” – deyə qolkiper, "fiorentinanews.com" saytına bildirib.

Hazırda "Fiorentina" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb və komanda növbəti oyunlarda vəziyyəti düzəltməyə çalışacaq.

Chosen
16
90deqiqe.az

1Sources