EN

“Qarabağ“ın məşqçilərini özündən çıxaran hadisə bu imiş… VİDEO+FOTO

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sabah” - “Qarabağ” oyununda (3:3) ciddi mübahisəyə səbəb olan insident yaşandığı barədə məlumat vermişdik.

“Bayquşlar”ın məşqçiıı Valerio Zuddas “köhlən atlar”ın texniki heyətinə qarşı nalayiq hərəkət edib.

Bu “Qarabağ” tərəfini qəzəbləndirib və nəticədə mübahisə düşüb.

“Qarabağ”ın köməkçi məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest edib. Davaya səbəb də məhz bu olub.

Bəs o, nə edib? Zuddas Musa Qurbanlının bərabərlik qolunu vurduğu əsnada üzünü “Qarabağ“da çalışan həmkarına tərəf tutaraq, cinsiyyət orqanını göstərib.

Valdas Dambrauskas bu epizodu görməyib. Qonaqların baş məşqçisi həmin anda dördüncü hakim Əkbər Əhmədova yaxınlaşaraq, VAR-a gedilməsini istəyib.

Litvalı mütəxəssis ev sahiblərinin hücumçusunun topa əllə toxunmasına israr edib. O, yalnız ara qarışınca, hadisənin səbəbini bilib, matçdan sonra isə “köhlən atlar“ın məşqçi korpusundan üzr istəyib.

Baş hakim Tural Qurbanov Qurban Qurbanovun köməkçisi Zaur Tağızadəyə və Valdas Dambrauskasın köməkçisi Valerio Zuddasa sarı vərəqə göstərib.

Valerio Zuddas italiyalıdır və 36 yaşı var. 2025-ci ilin yayından “Sabah”da çalışır.

SPORTİNFO.AZ

Chosen
16
sportinfo.az

1Sources