EN

Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb

Bakı, 3 mart, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.

Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

Chosen
7
19
azertag.az

10Sources