EN

Rusiyanın ağır atletika idmançısı xüsusi hərbi əməliyyat zonasında həlak olub

Ağır atletika üzrə Rusiya çempionatının üçqat medalçısı Aleksandr Çepikov xüsusi hərbi əməliyyat zamanı həlak olub.

Herbiand.az bildirir ki, bu barədə onun məzun olduğu Bryansk dövlət olimpiya ehtiyatları məktəbinin rəsmi saytında məlumat verilib.

“Aleksandr Çepikov bir çox gənci idman nailiyyətləri əldə etməyə ruhlandırıb və onların qəlbində nadir xeyirxah insan kimi qalıb. Onun idmanın inkişafına verdiyi töhfə və cəsarəti heç vaxt unudulmayacaq”, - məlumatda deyilib.

Aleksandr Çepikov 2013-cü il Rusiya çempionatında gümüş, 2010 və 2016-cı illərdə isə bürünc medal qazanıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
18
herbiand.az

1Sources