EN

18 ildən sonra gələn qələbə

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

18 ildən sonra gələn qələbə

İspaniya La Liqasının 26-cı turunda “Real”ı səfərdə məğlub edən (1:0) “Xetafe” 18 illik uğursuz seriyaya son qoyub.

QOL.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə yeganə qolu 39-cu dəqiqədə qonaqların hücumçusu Martin Satriano vurub.

Bununla da “Xetafe” 2008-ci ildən bəri ilk dəfə Madrid səfərində “Real” üzərində qələbə qazanıb. Həmin vaxtdan bəri bu stadionda keçirilən 41 oyunun heç birində "Xetafe"nin qələbəsi olmayıb: 37 məğlubiyyət, 4 heç-heçə..

Qeyd edək ki, “Xetafe” hazırda 32 xalla 11-ci, "Real" isə 60 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Barselona"nın 64 xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
qol.az

3Sources