EN

Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum əfv edilib - Səbinə Əliyeva

Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərib və Komissiyanın iclaslarında iştirak edib.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva deyib."Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsinə dair təşəbbüsü dövlətin humanizm siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsinin bariz nümunəsi oldu. Bu təşəbbüs əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş sayca 13-cü olan Amnistiya aktı ümumilikdə 20.000-dən çox şəxsi əhatə etməklə, bu zamana qədər qəbul edilmiş ən geniş miqyaslı amnistiya aktı kimi tarixə düşdü", - deyə S.Əliyeva qeyd edib.

Mürtəza

Chosen
10
6
olke.az

7Sources