EN

Qəbələ xəstəxanasında ilk - Mürəkkəb total splenektomiya əməliyyatı uğurla icra edildi

Qəbələ, 3 mart, AZƏRTAC

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti mürəkkəb cərrahi prosedur - ilk dəfə total splenektomiya əməliyyatı uğurla icra olunub.

Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həkim cərrah Fariz Abdullayev, assistent həkim cərrah-uroloq Elçin Bağırlı və həkim anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra edilən total splenektomiya əməliyyatından sonra paseyent sağlamlığına qovuşub.

Səhiyyə müəssisəsindən bildirilib ki, 2003-cü il təvvəllüdlü (kişi cinsli) pasiyentə dalağın iriölçülü exinokok kistası diaqnozu təyin olunub və cərrahi əməliyyat tövsiyə edilib.

Müalicəsi müəssisənin cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Rasim İslamoğlu – müxbir

Chosen
7
2
azertag.az

3Sources