EN

Ombudsman ötən il məhkumlarla bağlı bu işləri görüb

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərmiş və Komissiyanın iclaslarında iştirak etmişdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında onbudsman Səbinə Əliyeva deyib.

S.Əliyeva qeyd edib ki, bizim müraciətlər əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilmişdir:

“6 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsinə dair təşəbbüsü dövlətin humanizm siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsinin bariz nümunəsi oldu.

Bu təşəbbüs əsasında Milli Məclisi tərəfindən qəbul edilmiş sayca 13-cü olan Amnistiya aktı ümumilikdə 20.000-dən çox şəxsi əhatə etməklə, bu zamana qədər qəbul edilmiş ən geniş miqyaslı amnistiya aktı kimi tarixə düşdü”.

O bildirib ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilmiş başçəkmələr zamanı rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti, qidanın rasionu və keyfiyyəti, hüquqların təmini vəziyyəti və s. məsələlər diqqətdə saxlanılmış, konfidensial görüşlər keçirilmiş, əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılmışdır:

“2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilmişdir ki, onlardan 93-ü plandankənar olmuşdur.

Başçəkmələr zamanı ümumilikdə 3.462 nəfər qəbul edilmişdir. Ombudsmanın Müstəqil Monitorinq Mexanizmi funksiyası çərçivəsində uşaqların, qadınların, ahıl və əlilliyi olan şəxslərin hüquqları, onların reabilitasiyası və inklüzivlik məsələləri, habelə bərabərlik hüququnun təmini və ayrı-seçkilik hallarının qarşısının alınması ilə əlaqədar sistemli monitorinqlər həyata keçirilmiş, hesabatlar hazırlanmış və mediada yayılmışdır”. 

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
cebheinfo.az

2Sources