EN

"Məzun iş axtarmamalıdır, iş yeri açmalıdır” - Nazir müavini

“Bugünkü dünyada əsas məqsəd odur ki, məzun iş axtarmamalıdır, iş yeri açmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində qeyd etdi.

“Bu gün siz ayrı-ayrı layihələri təqdim edirsiniz. İdeya var, amma onları innovasiyaya çevirmək üçün hazır məhsula çevirə bilməlisiniz. Nə vaxt hazır məhsul formatına gəldi, sonra səmərə gətirdi, onda bu innovasiyadır. İnkişaf etmiş ölkələr yaradıcı cəmiyyət formalaşdıraraq yüksək nailiyyətlərə nail olublar. Müasir texnologiyaları inkişaf etdirən ABŞ, Çin, Cənubi Koreyadır. Bu ölkələr texnoloji sistemin 5-ci səviyyəsindədirlər. 6-cı səviyyə 2035 və 2045-ci illəri əhatə edəcək. Proqnozlaşdırmaq çətindir ki, nə olacaq. Amma deyə bilərik ki, bu ölkələr 6-cı sistemə yaxınlaşıblar. Niyə? Çünki ən yüksək texnoloji istiqamət süni intellektdir”, - deyə nazir müavini bildirdi.

Aytəkin TOFİQQIZI

Chosen
37
redaktor.az

1Sources