EN

Mbappenin dərdini fransızlar tapdı: Zədənin səbəbi açıqlandı

"Real"ın hücumçusu Kilian Mbappeyə sol dizinin bağlarının dartılması diaqnozu qoyulub.

Publika.az xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

“Fransız mütəxəssislər tərəfindən, "Real"ın tibbi xidmətinin nəzarəti altında futbolçumuz Kilian Mbappenin müayinəsi aparılıb. Müayinə nəticəsində sol diz bağlarının dartılması təsdiqlənib, həmçinin hazırda tətbiq olunan konservativ müalicə üsulunun məqsədəuyğun olduğu müəyyənləşdirilib”, - deyə "Real"dan bildirilib.

Futbolçunun bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlanmayıb.

Chosen
24
8
publika.az

10Sources