EN

İsrail ölkənin paytaxtını vurdu! Bir sıra partlayışlar baş verir

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ, İsrail və İran arasında müharibə tam şiddətlə davam edərkən, dördüncü gün İsrailin Livana yeni hava hücumu ilə başlayıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun ölkənin paytaxtı Beyruta endirdiyi hava zərbəsindən sonra bölgədə bir sıra partlayışlar baş verib.

İsrail ordusu hava və dəniz hücumları həyata keçirdiyi Beyrutun Dahiye rayonuna yeni hücum təhdidi irəli sürmüşdü. Ordunun sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X sosial şəbəkəsində Hüreyk məhəlləsində qırmızı ilə işarələnmiş bir binanın xəritəsini paylaşıb.

Adraee Hizbullaha məxsus olduğunu iddia etdiyi binaya güclü zərbə endiriləcəyini bildirərək, sakinlərdən həmin ərazidən ən azı 300 metr uzaqlaşmalarını istəyib.

İsrail ordusu Beyrutun Dahiye rayonuna hava hücumları həyata keçirib. Hizbullaha bağlı Əl-Mənar Televiziyası isə hücum nəticəsində Dahiye rayonunun Hüreyk məhəlləsində kanala məxsus binanın hədəf alındığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
105
14
icma.az

10Sources