EN

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən bildirilib.

Məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

Chosen
25
7
bizim.media

10Sources