EN

İran bir neçə ərzaq məhsulunun ixracını qadağan edib

Bakı. Trend:

İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurmaixracını qadağan edib.

Trend-inməlumatına görə, bu barədə İran Gömrük Administrasiyası məlumatyayıb.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi hazırkı xüsusişəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədilə birsıra məhsulların ixracına qadağa tətbiq edib.

Qeyd olunan məhsulların ixracı qadağası qeyri-müəyyən müddətədəkdavam edəcək.

Əlavə edək ki, ötən gün də İran kartofun ixracına qadağa tətbiqetmişdi.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Chosen
68
1
az.trend.az

10Sources