EN

KİV: Ər-Riyadın diplomatik məhəlləsində daha bir neçə partlayış baş verib

KİV: Ər-Riyadın diplomatik məhəlləsində daha bir neçə partlayış baş verib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın diplomatik məhəlləsində, ABŞ səfirliyində yanğın xəbərləri fonunda yenidən silsilə partlayışlar qeydə alınıb.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Səudiyyə Ərəbistanı Müdaviə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, ABŞ-ın diplomatik nümayəndəliyində yanğın iki pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində yaranıb.

"Fox News" telekanalının jurnalisti Cennifer Qriffinin verdiyi məlumata görə, hadisə zamanı binada heç kim olmadığı üçün xəsarət alan qeydə alınmayan. Hazırda diplomatik məhəllədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Chosen
109
afn.az

1Sources