ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 700-ü keçib.
"Far.Az" xəbər verir ki, bu barədə "Human Rights Activist News Agency" (HRANA) hesabat yayımlayıb.
Bildirilib ki, fevralın 28-dən etibarən hücumlarda 742 nəfər həlak olub. Təşkilat ölənlərin 176-nın uşaq və yeniyetmə olduğunu qeyd edib.
Yaralananlaırn sayının 971 nəfərə çatdığı bildirilən hesabatda onlardan 115-nin uşaq olduğu vurğulanıb.