EN

30 gün gül yağı qoxlayın, faydası çoxdur

Alimlər gül efir yağının insan beyninə təsirini araşdıran maraqlı tədqiqatın nəticələrini açıqlayıblar.

Araşdırmaya görə, 30 gün ərzində müntəzəm şəkildə gül yağı qoxusuna məruz qalan şəxslərdə beyin quruluşunda fiziki dəyişikliklər müşahidə olunub.

Tədqiqat MRT müayinələri ilə dəstəklənib. Nəticələr göstərib ki, bir ay ərzində gül ətirli mühitdə olan və ya bu qoxunu gündəlik hiss edən iştirakçıların beynində boz maddənin həcmində artım qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, qoxu molekulları birbaşa beynin yaddaş və emosiyalara cavabdeh olan limbik sisteminə təsir göstərir.

Araşdırmada xüsusilə beynin "arxa sinqulyar korteks" adlanan hissəsinin aktivləşdiyi qeyd olunur. Bu bölgənin stimullaşdırılması neyroplastikliyi - yəni beynin özünü yeniləmə və uyğunlaşma qabiliyyətini artırır. Boz maddədəki artım isə daha güclü yaddaş, daha sürətli öyrənmə və emosional sabitliklə əlaqələndirilir.

Mütəxəssislər hesab edirlər ki, gül yağı stressin azaldılmasına və idrak sağlamlığının qorunmasına da kömək edə bilər. Onların fikrincə, qoxu terapiyasından istifadə etmək beyin sağlamlığını dəstəkləmək üçün sadə və əlçatan üsullardan biri ola bilər.//Milli.Az

Chosen
18
3
musavat.com

4Sources