EN

Nişanlıma qız kimidir deyənlər indidən evini satsın

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyəli müğənni İrem Derici nişanlısı Melih Kunukçu ilə ayrılıq xəbərlərinə və sosial mediada yayılan səs-küylü iddialara son qoyub. Münasibətlərindəki gərginliyi geridə qoyan müğənni nişanlısı ilə yeni fotosunu paylaşaraq barışdıqlarını elan edib.Demokrat.az xəbər verir ki, münasibətə fasilə verdikləri müddətdə Melih Kunukçu haqqında ortaya atılan ağır ittihamlara dözməyən Derici hüquqi proses başladacağını bildirib. O, nişanlısının şəxsi həyatı ilə bağlı yalan məlumat yayanlara qarşı sərt xəbərdarlıq edib. Müğənni bu iddiaları ortaya atanlara müraciət edərək ev, torpaq və qızıllarını indidən satmağı məsləhət görüb. O, məhkəmə yolu ilə qazanacağı təzminatların hamısını xeyriyyə dərnəklərinə bağışlayacağını vurğulayıb.Şəxsi həyatını kütləvi şəkildə müzakirəyə çıxardığı üçün ailəsindən üzr istəyən sənətçi bu mövzuda sonuncu dəfə danışdığını qeyd edib. İrem Derici bundan sonra münasibətlərini gözlərdən uzaq yaşayacağını və yalnız toy xəbəri ilə gündəmə gələcəyini deyib.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources