İranın İspaniyadakı səfiri Rza Zəbib milli komandanın 2026-cı il Dünya Kubokunda iştirakı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, səfir bu barədə İspaniya mətbuatına danışıb:
“Bu, çox çətin dövrdür. Biz öldürülən 100 qızın xatirəsini yad edirik. Həyatlarını qurban verən günahsız uşaqların.
İran Dünya Kubokuna gedəcək, bizim orada olmaq hüququmuz var. Bizim heç bir problemimiz yoxdur, biz gedəcəyik”.