Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna müdafiəçiləri Aleksandrovsk istiqamətində doqquz yaşayış məntəqəsini azad etməyə nail olublar. Onların irəliləməsi davam edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna hərbi komandanlığı diqqətə çatdırıb ki, Desant-Hücum Qoşunlarının döyüşçüləri cənub istiqamətdə ərazilərini azad etməyə davam edirlər:
“Zonamızda üç yaşayış məntəqəsi düşməndən təmizlənib və hazırda daha bir neçə yaşayış məntəqəsinin azad edilməsi üzərində işlər görülür”.
Qeyd edək ki, Aleksandrovsk istiqaməti cəbhənin Dnepropetrovsk, Donetsk və Zaporojye bölgələrinin qovşağında yerləşir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.