EN

Tanınmış futbolçunun xanımı Türkiyədə qəzaya düşdü

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Fənərbaxça”nın portuqaliyalı müdafiəçisi Nelson Semedonun həyat yoldaşı yol qəzasına düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Yavuz Sultan Səlim körpüsündə baş verib.

Məlumata görə, futbolçunun həyat yoldaşı Marlene Alvarenqanın olduğu mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Sürücü və qadının səhhətlərinin stabil olduğu qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
6
qafqazinfo.az

7Sources