EN

Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşən Binəqədinin son vəsiyyəti yerinə yetirildi VİDEO

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.O, fevralın 26-da axşam saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, meyxanaçının həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, onun meyitini morqdan götürməyə heç bir qohumu gəlməyib. Mərhumun dostlarından biri olan Cəlal İsmayılov meyiti təhvil alaraq yas mərasiminin təşkilini öz üzərinə götürüb. "Elşəni 4-5 ildir tanıyırdım. Aramızda yaxın münasibət var idi. Dünyasını dəyişəndə onu dəfn etməyi mənə vəsiyyət etmişdi", - deyə Cəlal İsmayılov bildirib.

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
7
demokrat.az

8Sources