AZ

Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşən Binəqədinin son vəsiyyəti yerinə yetirildi

Xəbər verdiyimiz kimi, meyxanaçı Elşən Binəqədi fevralın 26-da axşam saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, meyxanaçının həyatını xilas etmək mümkün olmayıb.

Onun meyitini morqdan götürməyə heç bir qohumu gəlməyib. Mərhumun dostlarından biri olan Cəlal İsmayılov meyiti təhvil alaraq yas mərasiminin təşkilini öz üzərinə götürüb.

"Elşəni 4-5 ildir tanıyırdım. Aramızda yaxın münasibət var idi. Dünyasını dəyişəndə onu dəfn etməyi mənə vəsiyyət etmişdi", - deyə Cəlal İsmayılov bildirib.

Publika.az bildirir ki, Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.

Seçilən
0
7
publika.az

8Mənbələr