EN

Göygöldə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Göygöl, 2 mart, Elcan Məmmədov, AZƏRTAC

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə rayon icra hakimiyyətinin rəhbəri Vüqar Novruzov dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verilməsindən, ölkəmizdə dinlər və məzhəblər arasında tolerantlığın, həmrəyliyin nümunəvi səviyyədə olmasından bəhs edib.

Digər çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu vurğulayıblar.

İftar süfrəsində “Quranı Kərim”dən ayələr oxunub, dualar edilib.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
azertag.az

1Sources