EN

Rəsədxana: Geomaqnit sahəsi aktiv olacaq  

Günəşin fəallığı zəifləyib. Alışmalara bağlı olaraq II tip radioemissiya, həmçinin tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində 7 ləkə qrupunda 85 ləkə və tac dəliyi müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumata görə, Günəş küləyinin maksimal sürəti saniyədə 768 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (saniyədə 338 kilometr).

Günəş küləyinin sürətinin müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-20 faiz, orta geomaqnit enliklərdə isə 15-1 faizdir.

Geomaqnit sahəsi – müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə martın 2-3-də geomaqnit sahəsi aktiv olacaq. Sonra isə yenə sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir.

1Sources