EN

Zaxarova fon der Leyenin İranın “yeni ümid”i ilə bağlı dediklərini satanizm adlandırıb - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin guya "yeni ümid"ə sahib olan "məzlum" İran xalqı haqqında dediklərinə qəzəbləndiyini bildirib.

Olaylar xəbər verir ki, diplomat bu sözləri şeytanpərəstliyin təzahürü adlandıraraq Minabda məktəbli qızların ölümünü xatırlatdı.

Zaxarova vurğulayıb ki, "Həm şər qüvvələrinə bu ritual qurbanı verən, həm də onda "yeni ümid" görən lənətlənəcək"  .

Qızlar üçün ibtidai məktəb Hörmüzqan əyalətinin Minab şəhərində yerləşir. Məlumata görə, ora   28 fevralda İsrail və ABŞ-dan raket zərbəsi endirilib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins bildirib ki, ABŞ "davam edən hərbi əməliyyatlar nəticəsində mülki şəxslərə dəyən ziyanla bağlı məlumatlardan xəbərdardır".

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü  uşaqların ölümü ilə bağlı sualı cavablandırmaqdan yayınaraq jurnalistə "Xahiş edirəm, sözü başqalarına verək" deyib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources