EN

Dubaydan qayıda bilmir: "Hoteldə qiymət 2 qat qalxıb"

Birləşmiş Ərəb Əmirliklərində qalıb Bakıya qayıda bilməyənlər arasında aktyor Elcan Rəsulov da yer alıb. 

Milli.Az xəbər verir ki, o, İranın raket hücumlarına görə Dubayda uçuşların ləğv olunduğunu və qalma xərclərini turistlərin özlərinin qarşıladığını söyləyib:

"Deyirlər ki, Birləşmiş Ərəb Əmirlikləri orada qalan turistlərin xərclərini öz üzərinə götürdü. Hamı da tərifləyir. Elə bir şey yoxdur. Qaldığım hotelin qeydiyyat yerinə yaxınlaşdım, vaxtım bitir. Biletim də var, amma məlum səbəblərdən qayıda bilmirəm. Burada pulsuz qalacağam deyə düşündüm. Qiyməti soruşdum, əvvəl 100 dollar olan otaq indi 200 olub. Qiymətlər 2 qat qalxıb. AZAL da sağ olsun, yazıb ki, uçuş ləğv olundu. Amma nə vaxt olacağı barədə heç nə yazmayıb. Ara-sıra da səslər gəlir. Gecə yığıb hamıya təlimat verdilər. Amma xüsusi bir hal olmayıb".

Qeyd edək ki, İran bir neçə gündür BƏƏ-yinə də raketlər atır. 

Milli.Az

Chosen
16
4
milli.az

9Sources