EN

İrandan Azərbaycan sərhədi ilə indiyədək 370 nəfər təxliyə edilib - FOTO - YENİLƏNİB

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, 28 fevral 08:00-dan – 2 mart saat 14:00-dək İrandan 370 nəfərin təxliyə olunduğu açıqlanıb.

Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər isə xarici ölkələrin (Çin-81, Rusiya-47, Pakistan – 32, Səudiyyə Ərəbistanı – 18, Tacikistan – 30, BƏƏ – 6, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Filippin – 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya–1, Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.

***

12.54

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, 28 fevral 08:00-dan - 2 mart saat 10:00-dək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlanıb.

Bu müddətdə 312 nəfərin keçidi təmin olunub. Onlardan 101-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 211 xarici vətəndaşın (Çin-76, Rusiya-39, Pakistan-32, Səudiyyə Ərəbistanı -18, Tacikistan–18, BƏƏ–6, İordaniya–4, Qətər–3, Banqladeş–3, Filippin–2, Nepal–2, Türkiyə-1, İtaliya–1 Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa–1, Braziliya-1) keçidinə şərait yaradılıb.

İrandan İrandan İrandan İrandan İrandan
Chosen
11
10
apa.az

10Sources