EN

TƏBİB in dəstəyi ilə konfrans keçirilib

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Pediatriya Mərkəzi və Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə “Pediatriyada laboratoriyanın əhəmiyyəti” mövzusunda elmi konfrans keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi pediatriya sahəsində çalışan həkimlərin bilik və bacarıqlarının artırılması, laborator diaqnostikanın klinik praktikada düzgün tətbiqi və müasir tibbi yanaşmaların paylaşılması olub.

Konfransın açılış mərasimində Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Milli Pediatriya Dərnəyinin sədri Anar Qurbanov, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Turan Məmmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov çıxış edib. Çıxışlarda pediatriya sahəsində laborator diaqnostikanın rolu, klinik praktikada düzgün tətbiqi və elmi-praktik əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Türkiyə Milli Pediatriya Dərnəyinin təmsilçisi, professor İlyas Okur və Qazi Universitetinin rektor müavini, professor Hasan Tezer də çıxış edərək beynəlxalq təcrübə və müasir laborator yanaşmalar barədə fikirlərini bölüşüblər.

Konfrans proqramına uyğun olaraq yerli və Türkiyəli mütəxəssislər tərəfindən pediatriyada laborator diaqnostika, infeksion xəstəliklər, metabolik və endokrin pozğunluqlar, molekulyar mikrobiologiya, kultivasiya üsulları, laborator markerlərin klinik praktikada rolu, preanalitik səhvlər, reanimasiya və stasionar xəstələrin idarə olunmasında laborator müayinələrin əhəmiyyəti mövzularında məruzələr təqdim olunub.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 DTT balı ilə qiymətləndirilib.

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
cebheinfo.az

3Sources