EN

Hemilton Kardaşyanla yenidən görüntüləndi: Bu dəfə lüks kurortda

Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton yenidən Kim Kardaşyan ilə münasibətləri barədə yayılan şayiələr səbəbilə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, "Ferrari" komandasının pilotu Formula 1-in 2026-cı il mövsümünün startı ərəfəsində ABŞ-ın Pauell gölü yaxınlığında teleulduzla birlikdə görüntülənib. Onlar səhrada gün batımını birlikdə qarşılayıblar və lüks kurort kompleksində qalıblar.

Mümkün münasibətlə bağlı şayiələr hələ yanvarın sonunda, cütlüyün Böyük Britaniyada birlikdə görüldüyü vaxt yayılıb. Daha sonra onlar Paris şəhərində, eləcə də ABŞ-da keçirilən "Super Bowl" zamanı birlikdə görüntüləniblər. Bununla belə, tərəflər bu barədə heç bir rəsmi açıqlama verməyib.

Bu arada Hemilton yeni mövsümün startına hazırlaşır. O, artıq qarşıdakı həftəsonu Avstraliya Qran-prisi çərçivəsində "Ferrari" heyətində ikinci mövsümünə başlayacaq. Ümidverici mövsümöncəsi testlərdən sonra komanda yüksək nəticələr uğrunda mübarizə aparmağı planlaşdırır.

Publika.az

Chosen
34
publika.az

1Sources