EN

"Bavariya" Keynlə danışıqlara başladı

style='margin-bottom:10px;'>

"Bavariya" futbolçusu Harri Keynin gələcəyi ilə bağlı qərar qəbul edib.

QOL.az xəbər verir ki, bu haqda insayder Fabritso Romano məlumat yayıb.

Münhen təmsilçisi 32 yaşlı hücumçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.Klub Keyni idman layihəsində mərkəzi fiqur kimi görür və onun komandada uzunmüddətli qalmasını təmin etməyə çalışır.

Tərəflər artıq əlaqə saxlayır və potensial yeni müqavilənin maliyyə və şəxsi şərtlərini müzakirə edirlər. İngiltərəli hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Keyn 2023-cü ilin yayında "Bavariya"ya qoşulub. Bu mövsüm o, bütün yarışlarda 36 oyuna çıxıb, 44 qol vurub və 5 məhsuldar ötürmə verib.

Chosen
16
2
teleqraf.com

3Sources