EN

Bu pəhriz xərçəng riskini AZALDIR

Oksford Universitetinin alimlərinin açıqlamasına görə, vegetarian pəhrizi beş növ xərçəng riskini azaltdığını aşkar ediblər.

“Cebheinfo.az” xəbər verir ki, məlumatda belə  qeyd olunur:

"Bitki mənşəli pəhrizin xərçəng riskinə təsirini araşdıran ən böyük tədqiqat vegetarianlığın bir neçə növ xərçəng - döş, prostat, böyrək, mədəaltı vəzi və çoxsaylı mieloma riskini azaltdığını aşkar edib".

1,8 milyondan çox insanı əhatə edən tədqiqata görə, vegetarian qidalanma mədəaltı vəzi xərçənginə tutulma ehtimalını 21%, döş xərçənginə tutulma ehtimalını 9%, prostat xərçənginə tutulma ehtimalını 12%, böyrək xərçənginə tutulma ehtimalını 28% və çoxsaylı mielomaya tutulma ehtimalını 31% azaldır.

Eyni zamanda, vegetarian pəhrizi qida borusu xərçənginə tutulma riskini demək olar ki, ikiqat artırır. Xəstəliyin inkişaf riskini azaltmaq üçün alimlər pəhrizə tam taxıl, paxlalı bitkilər, meyvə və tərəvəz daxil etməyi və qırmızı ət istehlakını məhdudlaşdırmağı tövsiyə ediblər.

Vegetarianizm heyvan mənşəli qidalardan (quş əti, balıq və dəniz məhsulları da daxil olmaqla) çəkinərək yalnız bitki mənşəli və süd məhsullarının istehlakına əsaslanan bir pəhrizdir.

Chosen
8
cebheinfo.az

1Sources