Bakı. Trend:
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlərnaziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baştutub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığızamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, təhlükəsizlikmühitində artan gərginlik və bunun mümkün nəticələri barədə fikirmübadiləsi aparılıb.
Bildirilib ki, nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindənciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasınınregional sabitlik və təhlükəsizlik üçün arzuolunmaz nəticələrdoğura biləcəyini vurğulayıblar.
Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakterdaşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının,dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeydolunub.
Eyni zamanda, beynəlxalq humanitar hüququn norma vəprinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturunqorunmasının zəruriliyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regionalvə beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.