Rusiyanın çeçenəsilli tanınmış iş adamı Umar Cabrailov intihar edib.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS yayıb.
Mənbənin sözlərinə görə, iş adamının cəsədi Moskvadakı mənzilində tapılıb. Cəsədin yanında tapança da aşkar edilib.
Bununla belə, detallar açıqlanmayıb.
Qeyd edək ki, 67 yaşlı Umar Cabrailov 2004-2009-cu illərdə Federasiya Şurasının Çeçenistandan senatoru olub. Bununla yanaşı, o, 2009-2013-cü illərdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisinin müşaviri vəzifəsində çalışıb.