EN

Kobud qayda pozan sürücü təzyiqlərdən sonra görün nə etdi VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sabunçu yolunda kobud qayda pozan sürücü avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 1-də saat 12:17 radələrində baş verib. Kadrlardan aydın olur ki, tıxacda gözləmək istəməyən 77-YT-327 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü əks hərəkət zolağına çıxaraq irəliləməyə çalışıb. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradıb.

Daha sonra sürücü geri hərəkət edərək vəziyyətdən çıxmağa cəhd göstərsə də, yolun hər iki istiqamətində sıxlıq yaranıb. Əks zolaqda hərəkət edən avtomobillərdən birinin sürücüsü əl işarəsi ilə qayda pozan şəxsə ara küçəyə dönməyi tövsiyə edib.

Hadisəni qeydə alan sürücü isə baş verənlərə etirazını bildirərək narazılığını ifadə edib.

 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
avtosfer.az

7Sources