EN

Reytinq turnirində daha 2 medal

Albaniyanın paytaxtı Tiranada güləş üzrə “Muhamet Malo” turniri davam edir.

“İki sahil” xəbər verir ki, reytinq turnirinin 4-cü yarış günündə 4 güləşçimiz mübarizə aparıb və onlardan 2-si fəxri kürsüyə qalxıb.

63 kq
Murad Məmmədov (63 kq) 1/8 finalda iranlı Ali Nurayiyə 3:8 hesabıyla məğlub olub. Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Ali Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidaxmetova (7:3), Sakit Quliyev isə amerikalı İldar Hafizova (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib. Həmyerlilərimiz həlledici görüşdə üz-üzə gəlib. Sakitə ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Ziya reytinq turnirinin qalibi olub.

67 kq
Məhəmməd Şükürzadə belaruslu Qleb Makarankaya ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan həmyerlimiz ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb. Məhəmməd bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşib və 1:2 hesabıyla məğlub olub.

Qeyd edək ki, bununla da reytinq turnirində medallarımızın sayı 6-ya çatıb.

Chosen
15
3
ikisahil.az

4Sources