AZ

Reytinq turnirində daha 2 medal

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 1 mart, Cavid Əliyev, AZƏRTAC

Albaniyanın paytaxtı Tiranada güləş üzrə “Muhamet Malo” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, reytinq turnirinin 4-cü yarış günündə 4 güləşçimiz mübarizə aparıb və onlardan 2-si fəxri kürsüyə qalxıb.

63 kq

Murad Məmmədov (63 kq) 1/8 finalda iranlı Ali Nurayiyə 3:8 hesabı ilə məğlub olub. Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Ali Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidaxmetova (7:3), Sakit Quliyev isə amerikalı İldar Hafizova (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib. Həmyerlilərimiz həlledici görüşdə üz-üzə gəlib. Sakitə ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Ziya reytinq turnirinin qalibi olub.

67 kq

Məhəmməd Şükürzadə belaruslu Qleb Makarankaya ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan həmyerlimiz ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb. Məhəmməd bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşib və 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bununla da reytinq turnirində Azərbaycan idmançılarının medallarının sayı 6-ya çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
azertag.az

3Mənbələr