"Dünəndən heç nə paylaşmadığımız üçün narahat olub təşvişlə yazan insanlar var. Baş verənlər barədə müəyyən səbəblərə görə məlumat verə bilmirəm. Hazırda biz də sizin kimi gözləyirik və vəziyyəti izləyirik".
Musavat.com xəbər verir ki, bu sözləri bloqer cütlük Ülvi və Fatimə sosil media hesabında yazıb. Dubaydan qayıda bilməyən cütlük övladlarının sağlamlığından narahat olduğunu qeyd ediblər:
"Əsas məni narahat edən Xanımın sağlamlıq problemidir. Buna görə ölkəyə vaxtında qayıtmalıyıq. İnşallah, vaxtında qayıda bilərik".
Qeyd edək ki, cütlüyün oğulları Xanda epilepsiya xəstəliyinin aşkarlanmışdı.
Könül
Musavat.com