EN

Nəfəsliyi bağlamağı unudan ev sahibi qayıdanda ŞOK KEÇİRDİ – VİDEO

Vorkuta sakini pəncərəni açıq qoydu, mənzili göyərçinlər “zəbt etdi”

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Vorkuta şəhərində bir gəncin ehtiyatsızlığı ona baha başa gəlib. Üç il müddətinə şəhəri tərk edən şəxs mənzilinin nəfəsliyini (kiçik pəncərə hissəsini) bağlamağı unudub. Uzunmüddətli ayrılıqdan sonra geri qayıdan ev sahibi mənzilində göyərçinlərin “məskən saldığını” görüb.

İlkin hesablamalara görə, mənzilin quş qalıqlarından təmizlənməsi və bərpası üçün lazım olan vəsait elə mənzilin öz bazar dəyəri qədərdir. Uzun müddət nəzarətsiz qalan ev tamamilə antisanitar vəziyyətə düşüb və yaşayış üçün yararsız hala gəlib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
1
interpress.az

2Sources