EN

Britaniyanın Kiprdəki hərbi bazasına pilotsuz təyyarə ilə hücum edilib

Yayılmış son xəbərlərdə bildirilir ki, Britaniyanın Kiprdəki hərbi bazasına pilotsuz təyyarə ilə hücum edilib və zərbə endirilib. Bununla da hesab olunur ki, artıq Avropa da münaqişədən təsirlənir.

Məlumatı “Eueonews” verib. 

İddia edilən pilotsuz təyyarə hücumu Böyük Britaniyanın Baş naziri Kir Starmerin ABŞ-ın İran raketlərinə və onların buraxılış məntəqələrinə hücum etmək üçün Britaniya bazalarından istifadəsinə icazə verməsindən qısa müddət sonra baş verib. Böyük Britaniya Müdafiə Nazirliyi bazar günü Kiprin Akrotiri şəhərindəki hərbi bazaya pilotsuz təyyarənin hücum etdiyini açıqlayıb. Bu, İrana hücumlarla başlayan hazırkı Yaxın Şərq münaqişəsinin ilk açıq nəticəsi hesab edilir.

Britaniyanın müdafiə naziri Con Heli daha əvvəl gecə yarısı Kiprə ballistik raketlərin atıldığını bildirmiş və hücumda heç bir itki olmadığını əlavə etmişdi. 

Sözçü Konstantinos Letimbiotis bildirib ki, Akrotiri bazasına hücum gecə yarısı baş verib.

P.ƏMİRCANOV
XQ

 

Chosen
12
xalqqazeti.az

1Sources