EN

SEPAH dan daha bir müharibə cinayəti Məhbuslardan sipər kimi istifadə edilir VİDEO

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və Avropa İttifaqının terror təşkilatları siyahısına daxil etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı sosial şəbəkələrdə yayılan video ciddi rezonans doğurub.

Bakupost.az xəbər verir ki, görüntülərdə gözləri bağlanmış, əlləri qandallı və bir-birinə zəncirlənmiş şəxslərin bir neçə avtobusdan endirilərək naməlum binaya aparıldığı əks olunur. Videonu paylaşan şəxs iddia edir ki, bunlar son iğtişaşlar zamanı saxlanılan siyasi məhbuslardır və onlar SEPAH-a məxsus hərbi bazaya aparılır. İddiaya görə, məqsəd yəni hərbi obyektlərin mülki şəxslərin arxasında gizlənməklə mümkün ABŞ və ya İsrail hava zərbələrinin qarşısını almaqdır.Bu, son dərəcə ağır ittihamdır. Çünki beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərdən və ya saxlanılanlardan hərbi hədəflərin qorunması məqsədilə istifadə olunması “insan sipəri” praktikası sayılır və müharibə cinayəti kimi qiymətləndirilir.Qeyd edək ki, Avropa İttifaqı fevral ayında SEPAH-ı rəsmi şəkildə terror təşkilatları siyahısına daxil edib. ABŞ isə bu qurumu daha əvvəl terror təşkilatı elan etmişdi. Bu qərarlar SEPAH-a qarşı beynəlxalq təzyiqin artdığını göstərir.Rəsmi Tehran və SEPAH tərəfindən bu iddialarla bağlı açıqlama verilməyib. Əgər iddialar təsdiqlənərsə, bu, beynəlxalq hüquq müstəvisində geniş müzakirələrə və əlavə sanksiyalara səbəb ola bilər.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
www.bakupost.az

1Sources