EN

Tatu görmə pozğunluğuna səbəb ola bilər

ain.az, Lent az saytına istinadən bildirir.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Avstraliyada 40 nəfərdə tatu ilə əlaqəli göz xəstəliyi diaqnozu qoyulub. Bu hal tatu boyasına qarşı yaranan reaksiya nəticəsində meydana çıxır. Xəstəlik göz ağrısı, görmənin zəifləməsi və hətta görmə itkisi riski ilə müşayiət olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, zərərçəkənlərdən biri olan Neliz Pretorius əvvəlcə özündə konjonktivit olduğunu düşünüb.

Onun əvvəl bir gözündə, daha sonra isə digər gözündə görmə bulanıqlığı yaranıb. Analiz nəticələri mənfi çıxdıqdan sonra həkimlər görmənin sürətlə pisləşməsinə təəccübləniblər. Sonda ona tatu ilə əlaqəli uveit diaqnozu qoyulub. Bu, tatu mürəkkəbinə qarşı ehtimal olunan immun reaksiyası nəticəsində yaranan göz iltihabıdır və ağır hallarda korluğa səbəb ola bilər.

“Clinical & Experimental Ophthalmology” jurnalında dərc olunan araşdırmaya görə, tatu ilə əlaqəli uveit orqanizmin tatu boyasına verdiyi immun reaksiyası nəticəsində inkişaf edir. Mayo Klinikasının məlumatına əsasən, uveitin simptomlarına görmənin bulanması, işığa həssaslıq, göz ağrısı və görmənin azalması daxildir. Xəstəlik vaxtında müalicə olunmadıqda daimi görmə itkisi ilə nəticələnə bilər.

Pretorius bu vəziyyətlə bağlı bahalı müalicə kursu keçib və hazırda steroid tərkibli göz damcılarından istifadə etməyə davam edir. Digər bəzi xəstələr isə görməni qorumaq üçün immunosupressiv terapiya alıblar.

“Clinical & Experimental Ophthalmology” jurnalının məlumatına görə, Avstraliyada tatu ilə əlaqəli 40 yeni uveit halı aşkarlanıb. Bu göstərici 2010-cu ildə dünya üzrə qeydə alınmış halların sayından iki dəfə çoxdur.

Mütəxəssislər bildirirlər ki, tatu etdirməzdən əvvəl istifadə olunan boyaların keyfiyyəti və mümkün risklər barədə məlumatlı olmaq vacibdir. Erkən diaqnoz və vaxtında müalicə ciddi fəsadların qarşısını ala bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
lent.az

1Sources