Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirini yüksək nəticə ilə başa vurublar.
Offsideplus.az xəbər verir ki, millimiz yarışı ümumilikdə 7 medalla (4 qızıl, 1 gümüş, 2 bürünc) tamamlayıb.
Turnirdə Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balabəy Ağayev (60 kq) gümüş, Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan yığması kişilərin mübarizəsində komanda hesabında 1-ci yeri tutub. Ümumi komanda sıralamasında isə seçməmiz yalnız Yaponiyadan geri qalaraq turniri 2-ci pillədə başa vurub.