Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“İndi məsələ İranda rejim dəyişikliyi yox, onun kapituliyasiyasıdır. Qarşıdakı günlərdə daha genişmiqyaslı qarşılıqlı zərbələr olacaq.
İranın raket ehtiyatları bitəndən sonra nə olacaq? Təbii, ABŞ və Usrail ordu yeridəsi deyil, hökumətin parçslanması, xalqın küçəyə çıxıb rejimi devirməsi də hələ ki, real görünmür”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Elçin Rüstəmli İranın Ali Dini liderinin öldürülməsindən sonrakı prosesi şərh edərkən deyib.
Onun sözlərinə görə, ən böyük ehtimal, ABŞ, İsrail, Səudiyyənin dəstəklədiyi silahlı proksi qrupların hərəkətə keçməsidir:
”Bu isə artıq İranda vətəndaş müharibəsinin başlanmasıdır. Azərbaycan və Türkiyə üçün ən arzuolunmaz ssenari budur. Çünki həm güneyli türklər böyük təhlükə ilə üzləşəcək, həm də hər iki ölkə milyonluq qaçqın axını ilə üzləşəcək. Əgər gedişatda Tehran ölkəyə nəzarəti itirərsə, müttəfiqlər Güney Azərvaycana daxil olub tampon bölgə yarada bilərlər”.
Günay Mahirqızı
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.