EN

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

ABŞ prezidenti Donald Trump İranla bağlı hərbi əməliyyatların müddəti barədə yeni açıqlama verib.

"Unikal"ın məlumatına görə, Tramp "Daily Mail" nəşrinə müsahibəsində bildirib ki, İrana qarşı hücumlar təxminən dörd həftə davam edə bilər. Onun sözlərinə görə, bu müddət əvvəlcədən planlaşdırılıb.

“Bu proses dörd həftəlikdir.  Təxminən dörd həftə çəkəcəyini proqnozlaşdırdıq", -  deyə Tramp vurğulayıb.

O, İranın böyük coğrafiyaya malik olduğunu qeyd edərək əməliyyatların dörd həftə və ya daha az davam edə biləcəyini bildirib. 

Bundan əvvəl İsrail rəsmisi hücumların “ilk mərhələsinin” dörd gün davam etməsinin planlaşdırıldığını açıqlamışdı.  

Gülayə Mecid  

Chosen
32
50
unikal.az

10Sources