EN

Öldürüldüyü deyilən keçmiş İran prezidenti Əhmədinejad ortaya çıxdı…



İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ABŞ-İsrail hücumlarında öldürüldüyü iddiaları təkzib edilib.

Əhmədinejadın sözçüsü “Sputnik”ə açıqlamasında ölüm xəbərlərinin yalan olduğunu bildirib.

Əhmədinejadın ölüm xəbərləri İsrail mediasında yer alıb və İranın bəzi agentlikləri də bu iddianı paylaşıblar. ABŞ və İsrailin İrana hücumlarından sonra ortaya çıxan bu iddia qısa müddətdə müzakirə mövzusuna çevrilib.

İran xəbər agentliyi ISNA-nın məlumatına görə, Mahmud Əhmədinejad ABŞ-İsrail hücumunda öldürülən İran lideri Əli Xameneyi ilə bağlı başsağlığı verib.

TAHİR

Chosen
33
baki-xeber.com

1Sources