EN

Makron: Körfəz ölkələrinə müdafiə dəstəyini gücləndirəcəyik

Makron: Körfəz ölkələrinə müdafiə dəstəyini gücləndirəcəyik

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki hadisələrlə əlaqədar Fransa ilə müdafiə müqaviləsi olan Körfəz ölkələrinə dəstəyi artıracaqlarını bəyan edib.

AFN.az xəbər verir ki, Makron ABŞ və İsrailin İrana hücumundan sonra Müdafiə və Milli Təhlükəsizlik Şurasını ikinci dəfə iclasa çağırıb. Yelisey sarayında keçirilən toplantıdan əvvəl mətbuata açıqlama verən Makron son saatlarda bölgədə yaşanan gərginlik qarşısında Fransa ilə hərbi müqaviləsi olan ölkələrə dəstəyin gücləndiriləcəyini vurğulayıb.

Makron Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Fransız hərbçilərinin yerləşdiyi "es-Selam Dəniz Bazası"na edilən pilotsuz uçuş aparatı (PUA) hücumuna toxunaraq "Bu hadisə müdafiə müqavilələrimiz olan ölkələrin yanında yer almaq üçün mövqeyimizi və müdafiə dəstəyimizi gücləndirməyimizə səbəb olur" deyib.

Fransanın Körfəzdəki tərəfdaşları ilə koordinasiyanı davam etdirəcəyini qeyd edən Makron regional hadisələrin gedişatına uyğun olaraq mövqe tutacaqlarını ifadə edib. Prezident bölgədəki Fransa vətəndaşlarının, diplomatik və hərbi heyətin, eləcə də Fransız şirkətlərinin qorunmasının prioritet hədəf olduğunu vurğulayaraq, hava məkanlarının açılması ilə mümkün təxliyə planları üzərində işlədiklərini də əlavə edib.

Chosen
18
afn.az

1Sources