EN

SEPAH: Hayfada yeni hücum dalğası nəticəsində 40 nəfər həlak olub...

İran tərəfi İsrail ərazisinə növbəti cavab zərbələrinin endirildiyini bildirir...

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Hayfa şəhərində həyata keçirilən yeni hücum dalğası nəticəsində 40 nəfərin həlak olduğunu açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Iranist media resursu məlumat yayıb.

SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, hücumlar nəticəsində daha 60 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu qeyd olunur.

Bundan əvvəl həm İran, həm də İsrail KİV-ləri İsrail ərazisinə qarşı növbəti cavab hücumlarının həyata keçirildiyi barədə məlumat yaymışdı. Məlumata görə, ölkənin bir sıra bölgələrində, o cümlədən Hayfada genişmiqyaslı hava hücumu siqnalı elan edilib və əhali sığınacaqlara yönləndirilib.

Hazırda hadisənin təfərrüatları və dağıntıların miqyası ilə bağlı rəsmi İsrail mənbələrindən geniş açıqlama verilməyib. Eyni zamanda, müstəqil mənbələr tərəfindən ölən və yaralananların sayı hələlik təsdiqlənməyib.

Regionda artan hərbi eskalasiya fonunda qarşılıqlı hücumların intensivləşdiyi və təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyi bildirilir. Beynəlxalq ictimaiyyət tərəfləri təmkinli olmağa və vəziyyətin nəzarətdən çıxmaması üçün diplomatik kanallardan istifadə etməyə çağırır.

Poliqon.info

Chosen
16
32
poliqon.info

10Sources