EN

"Futbolçular "Sabah"ın gücünü tam bilmirdilər" - Qurban Qurbanov

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyunu “Qarabağ”la “Sabah” arasında keçirilib. Dramatik və bol qollu alınan mərkəzi oyunda qalib müəyyənləşməyib (3:3).

Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini jurnalistlərlə bölüşüb:

"Belə hallar olur. Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər. Çünki rəqib çox yaxşı formadadır, son 10 oyunda məğlub olmayıblar. Bu gün heç-heçə qeydə alındı, futbolçulara deyəcək sözüm yoxdur. Sadəcə, görünür ki, qarşıdakı oyunlarda daha diqqətli olmalı və fikrimizi tam oyuna yönəltməliyik".

O, hər iki komandanın azarkeşlərinə təşəkkür edib:

"Ümumiyyətlə, çox maraqlı, baxımlı, sürətli və dinamik oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Hesab 1:0 olduqdan sonra böyük risklərə gedirdik. Rəqibin hücum xəttində sürətli və usta oyunçuları var, hər iki epizoddan istifadə etdilər. Amma bu futboldur, hesabın 3:3 olması oyunu daha da maraqlı etdi".

Chosen
37
7
fanat.az

8Sources